İspaniyalı qapıçı David de Xea “Mançester Yunayted” klubunun tarixinə düşüb.
29 yaşlı qolkiper Premyer Liqanın 34-cü turunun “Aston Villa” ilə matçında iştirak edərək (3:0), “qırmızı şeytanlar”dakı oyun sayını 399-a çatdırıb.
De Xea bununla da, klub tarixində ən çox oyun keçirən legioner qapıçı olub.
Bundan əvvəlki rekord MY-nin sabiq qapıçısı Peter Şmeyxelə aid idi.
De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.