Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı – FOTO | DEFAKTO.AZ Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı – FOTO – DEFAKTO.AZ

Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı – FOTO

266

Fransanın paytaxtı Parisdə elmi araşdırmalar üçün nəzərdə tutulan minlərlə kadavrın ( cəsəd) bir universitet anbarına atıldığı və siçovulların onları yeməyə başladığı xəbərindən sonra açılan istintaqın ilk mərhələsi başa çatıb.
2016-cı ildə çəkilmiş bir fotoda yerlərə atılan kadavların çürüməyə başladığı və ətrafın siçanlar tərəfindən gəmirilmiş cansız bədənlərlə dolu olduğu görülmüşdü.
“L Express” jurnalında yer alan məlumatlara görə, 1953-cü ildə açılan və Avropanın ən böyük kadavr mərkəzi sayılan anbarda bəzi cansız bədənlərin, həmçinin orqanların avtomobillərin qəza təhlükəsizliyi testləri üçün özəl şirkətlərə satıldığı iddia olunub.
Sözügedən jurnalda bir cəsədin 900 avroya, orqanların isə 400 avroya satıldığı ifadə edilib. Baş verən qalmaqaldan sonra yaxınlarının cansız bədənini bağışlayan 80-ə qədər ailənin isə universiteti məhkəməyə verdiyi söylənilib. 
Qeyd edək ki, ötən ilin noyabr ayında gündəmə gətirilən hadisədən sonra universitetin bağlanıldığı və hadisə ilə bağlı istintaq başlanıldığı bildirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir