Xalq artisti məşhurları yıxdı-sürüdü: “Ədəbsizlik və yekəbaşlıq etməsinlər” | DEFAKTO.AZ Xalq artisti məşhurları yıxdı-sürüdü: “Ədəbsizlik və yekəbaşlıq etməsinlər” – DEFAKTO.AZ

Xalq artisti məşhurları yıxdı-sürüdü: “Ədəbsizlik və yekəbaşlıq etməsinlər”

140

Azərbaycanlı müğənnilər tez-tez sosial mediadakı izləyicilərini təhqir etmələri ilə gündəmə gəlirlər.

Son vaxtlar bu onlar arasında adi hala çevrilib. İzləyicilərlə açıq dialoqa girən sənətçilər onları təhqir edir, qarğış tökürlər.

Əməkdar artist Könül Kərimova, Vasif Məhərrəmli, Nadir Qafarzadə, Şəbnəm Tovuzlu, Roza Zərgərli kimi məşhurları buna misal göstərmək olar.

Mövzu ilə bağlı danışan Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov bu kimi halları sənətçilərə yaraşdırmadığını qeyd edib:

“Bəzi fəxri adı olan sənətçilər bu hallara yol verirlər. Bilirsiniz, onların aldığı adlar da özləri kimi saxtadır. O adamlar ki, Xalq artisti, Əməkdar artist kimi adlar alıb, xalqın tənqidinə, iradına dözmür, demək ki, onlar üçün bu xalq da, fəxri ad da, san da əyləncədir, oyuncaqdır. Onların özlərini reklam etməsi üçün bir vasitədir. Əvvəla, Əməkdar artist adı çox ağır addır. Əməkdar artist olmaq üçün gərək əmək sərf edəsən, illərlə zəhmət çəkəsən.

Həmin fəxri adı qazanmaq üçün illərini sərf edib, qazanırsansa, o adı sənə verəni də, ona qiymət verən xalqı da təhqir etməyə cəsarət edə bilməzsən. Bunu hamısına aid etmirəm, amma bəziləri pis tərbiyə görmüş insanlardırlar. Şou-biznesdə bizim çox əxlaqlı sənətçilərimiz də var. Onları həm biz, həm də xalq sevir, hörmət edir”.

Xalq artisti belə sözləri xalqa qarşı ədəbsizlik kimi qiymətləndirib:

“Bəzi təsadüfi adamlar var ki, iradlara dözümsüzlük göstərirlər, dözümsüzlük onların əxlaqında, sənətindədir, tərbiyəsindədir. Onlar hər şeyi alqı-satqı yolu ilə əldə ediblər deyə buna öyrəşiblər. Fikirləşirlər ki, nəsə yolla mən bu adı almışamsa, kimin nə ixtiyarı var mənə söz desin? Bu nadanlar başa düşmürlər ki, xalqın verdiyi ad xüsusi mülkiyyət deyil, onu özəlləşdirmək olmaz. Onu alanda sevinməlisən, gecə-gündüz itaət etməlisən, məsuliyyəti, zəhməti çəkməlisən ki, sənə verilən o ada layiq olasan. Bu mənada mən o adamları nə ittiham edirəm, nə də günahlandırıram. Çünki onların səviyyəsi budur, yerləri oradır. Çox təəssüf edirəm ki, bəzi fəxri adları daşıyanların arasında belələri də var. Meşə çaqqalsız olmur deyirlər. Mən izləyicilərini təhqir edənlərin siyahısını dəqiq bilmirəm, amma kimlər buna cəsarət edirsə, onları qınayıram. Tənqidlərdən də nəticə çıxarmaq lazımdır, kimsə nə deyəndə pişik tüklərini qabardan kimi müdafiə mövqeyi almağa ehtiyac yoxdur. Bu onların sənətinə də, özlərinə də ayıbdır və xalqa qarşı çox böyük ədəbsizlikdir. Mən bütün Əməkdar artistlərə, Xalq artistlərinə, sənətçilərə səslənirəm ki, belə şeydə çox diqqətli və ehtiyyatlı olsunlar. Bu cür ədəbsizlik, yekəbaşlıq eləməsinlər”.

Xalq artisti məşhurları yıxdı-sürüdü:  “Ədəbsizlik və yekəbaşlıq etməsinlər”
Xalq artisti məşhurları yıxdı-sürüdü:  “Ədəbsizlik və yekəbaşlıq etməsinlər”
Xalq artisti məşhurları yıxdı-sürüdü:  “Ədəbsizlik və yekəbaşlıq etməsinlər”



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir