Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var | DEFAKTO.AZ Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var – DEFAKTO.AZ

Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var

7

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

Defakto.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, həlak olan hərbçimiz MAXE Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir