Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər | DEFAKTO.AZ Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər – DEFAKTO.AZ

Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər

9


Almaniya vətəndaşlarının 75 faizi hər il yay vaxtına keçilməsinə qarşı olduğunu bildirib.

Bu barədə “YouGov” sosioloji institutunun apardığı sorğunun nəticələrində qeyd olunub.

Belə ki, martın 17-dən 21-dək aparılan araşdırmada 2 046 nəfər iştirak edib.

Sorğuda iştirak edən almanların 75%-i saatların mövsümi dəyişməsinin əleyhinə olduğunu bildirib.

Respondentlərin yalnız 18%-i əks fikir bildirib.

Beləliklə sosioloqlar müəyyən ediblər ki, almanlar “yay-qış vaxtı”nın tətbiqi ilə bağlı məsələdən imtinanın tərəfdarıdırlar.

Mənbə: DPA