Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü | DEFAKTO.AZ Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü – DEFAKTO.AZ

Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

16


Türkiyənin Yenidən Rifah Partiyası Cümhur İttifaqına daxil olmaq qərarına gəlib.

Bununla bağlı partiya sədri Fatih Erbakan açıqlama verib.

Erbakan seçkilərdə Cümhur İttifaqından namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini bildirib. Həmçinin seçimlərə AK Partiya siyahılarından qatılacaqlarını qeyd edib.

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini də geri götürdüyünü bildirib.

“Prezidentin özü ilə razılıq əldə olunub. Gələn həftənin çərşənbə axşamı və ya çərşənbə günü prezidentimiz qərargahımızı ziyarət edəcək. Biz də prezidentliyə namizədlik prosesimizi yekunlaşdırdıq”, – deyə o qeyd edib.

Mənbə: NTV.com.tr