Polad Həşimovun adı küçəyə verildi – Foto | DEFAKTO.AZ Polad Həşimovun adı küçəyə verildi – Foto – DEFAKTO.AZ

Polad Həşimovun adı küçəyə verildi – Foto

105

Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.

Defakto.az xəbər verir ki, şəhid general-mayorun adını bildirən lövhə artıq həmin küçəyə vurulub.

Qeyd edək ki, General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 

Ona 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir