Qax sakini həmkəndlisini bıçaqladı | DEFAKTO.AZ Qax sakini həmkəndlisini bıçaqladı – DEFAKTO.AZ

Qax sakini həmkəndlisini bıçaqladı

23


Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.

DEFAKTO.az xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan DEFAKTO.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

İlhamə Əbülfət