Virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşmış müalicə müəssisəsinə yerləşdirilir | DEFAKTO.AZ Virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşmış müalicə müəssisəsinə yerləşdirilir – DEFAKTO.AZ

Virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşmış müalicə müəssisəsinə yerləşdirilir

276

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması məqsədilə qlobal pandemiya olan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər görülür.
Nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə əməkdaşların, penitensiar müəssisələrdə saxlanılan məhkumların müayinəsinə xüsusi diqqətlə yanaşılır, onların gündəlik termometriyası keçirilir. Həmçinin, istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş, habelə azad olunası şəxslər xüsusi karantinə yerləşdilir.
Nazirliyin ayrı-ayrı əməkdaşlarında və penitensiar müəssisələrdə saxlanılan məhkumlarda COVİD-19 infeksiyasına yoluxma halları ilə bağlı dərhal zəruri tədbirlər görülür, onların kontaktda olduğu şəxslər müəyyən olunaraq müayinədən keçirilirlər.
Məlumat verildiyi kimi, virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar.Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir