Məktəblərdə dərslər ənənəvi qaydada keçiriləcəkmi? – RƏSMİ AÇIQLAMA | DEFAKTO.AZ Məktəblərdə dərslər ənənəvi qaydada keçiriləcəkmi? – RƏSMİ AÇIQLAMA – DEFAKTO.AZ

Məktəblərdə dərslər ənənəvi qaydada keçiriləcəkmi? – RƏSMİ AÇIQLAMA

142

Təhsil Nazirliyi yaxın zamanlarda ümumtəhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Defakto.az-ın məlumatına görə, Nazirliyin İctimiayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib:

“Bu qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu qərar mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla verilir. Hələ ki, belə bir qərar hələ verilməyib. Tədrisin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu barədə ilk növbədə Təhsil Nazirliyinin resurslarında məlumatlar paylaşılacaq”. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir