Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq | DEFAKTO.AZ Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq – DEFAKTO.AZ

Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq

7

Prezident İlham Əliyev Əmək Məcəlləsində edilən dəyişikliklə bağlı Qanunu təsdiqləyib.

Təsdiqlənmiş dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü – “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir