Si-Cinpinin Rusiyaya səfəri ölkə iqtisadiyyatına baha başa gəldi | DEFAKTO.AZ Si-Cinpinin Rusiyaya səfəri ölkə iqtisadiyyatına baha başa gəldi – DEFAKTO.AZ

Si-Cinpinin Rusiyaya səfəri ölkə iqtisadiyyatına baha başa gəldi

24


Çinin aparıcı şirkətlərinin səhmləri və birja indeksləri ölkə rəhbəri Si Cinpinin Rusiyaya səfəri fonunda kəskin ucuzlaşıb.

Bunu “Hang Seng Index”, eləcə də “Hang Seng TECH Index” (Honq Konq Fond Birjasının fond indeksləri və Çin texnologiya şirkətlərinin səhmləri) üzrə məlumatlar sübut edir.

Eniş iqtisadiyyatın demək olar ki, bütün sahələrinə təsir edib. Ən çox alkoqollu içkilərin satışı, turizm, əczaçılıq, hava nəqliyyatı və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri ucuzlaşıb – müvafiq olaraq 4,77, 3,59, 3,71, 2,93 və 2,91 faiz.

Neft-qaz məhsulları və banklar üzrə azalma isə müvafiq olaraq 1,93 və 1,68 faiz təşkil edib.

Mənbə: zn.ua