Bayram günündə avtomobil qəzalarında iki nəfər ölüb – RƏSMİ | DEFAKTO.AZ Bayram günündə avtomobil qəzalarında iki nəfər ölüb – RƏSMİ – DEFAKTO.AZ

Bayram günündə avtomobil qəzalarında iki nəfər ölüb – RƏSMİ

18


Martın 20-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.