Hindistanda qadın iki ay anasının cəsədi ilə qaldı | DEFAKTO.AZ Hindistanda qadın iki ay anasının cəsədi ilə qaldı – DEFAKTO.AZ

Hindistanda qadın iki ay anasının cəsədi ilə qaldı

26


Hindistanda qadın anasını öldürərək hissələrə ayırıb və iki ay evdə anasının cəsədi ilə yaşayıb. 

Hadisə Hindistanın Mumbai şəhərində baş verib. 

55 yaşlı Vina Prakaş Cayn 24 yaşlı qızı Rimpl ilə yaşayırmış. Cəsəd qadının qohumları tərəfindən aşkarlanıb. Rimpl polis tərəfindən saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, qadın əlləri və ayaqları bədəndən ayrılıb və su qızdırıcısının içərisində saxlanılıb. 

Rimpl ifadəsində anasının dekabrın 27-də evin ikinci mərtəbəsindən yıxıldığını, daha sonra evə gətirildiyini, ancaq tibbi yardım üçün müraciət etmədiklərini bildirib. 

Qadın qısa müddət sonra ölüb. Rimpl ölümdə onu təqsirli biləcəklərindən qorxduğu üçün bu addımı atdığını bildirib. 

Mənbə: Indian Express