Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar var | DEFAKTO.AZ Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar var – DEFAKTO.AZ

Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar var

17


Lənkəranda avtomobillər toqquşub, dörd nəfər yaralanıb.

“DEFAKTO.az” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

“Mercedes” markalı avtomobil VAZ-2107 markalı avtomobillə toqquşub. Nəticədə Boladı kənd sakinləri – 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov, 2000-ci il təvəllüdlü Raul Vasif oğlu Axundov, 1971-ci il təvəllüdlü Asif İsa oğlu Sadiqov və 1999-cı il təvəllüdlü Ləj kənd sakini Kənan Cəmil oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.