Bakıda avtomobillə piyadanı vuraraq öldürən 75 yaşlı sürücüyə hökm oxundu | DEFAKTO.AZ Bakıda avtomobillə piyadanı vuraraq öldürən 75 yaşlı sürücüyə hökm oxundu – DEFAKTO.AZ

Bakıda avtomobillə piyadanı vuraraq öldürən 75 yaşlı sürücüyə hökm oxundu

9


Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən 75 yaşlı sürücü Məmmədağa Məlikovun cinayət işi məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək

Qeyd edək ki, hadisə ötən il sentyabrın 20-də paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1948-ci il təvəllüdlü Məmmədağa Məlikov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Salman Sadiqovu vurub. Nəticədə piyada aldığı xəsarətdən evində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.