“Qalatasaray”la oyunda zədələnən Mahir Emrelinin son durumu açıqlandı | DEFAKTO.AZ “Qalatasaray”la oyunda zədələnən Mahir Emrelinin son durumu açıqlandı – DEFAKTO.AZ

“Qalatasaray”la oyunda zədələnən Mahir Emrelinin son durumu açıqlandı

25


Türkiyə “Konyaspor”u zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.

26 yaşlı hücumçunun qasıq nahiyəsində ağrılarının olduğu bildirilib.

Qeyd olunub ki, təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Mahir Emreli “Konyaspor”un evdə “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib.

Mənbə: Konyaninsesi.com.tr