Bakıda açıq ərazidə yanğın baş verdi | DEFAKTO.AZ Bakıda açıq ərazidə yanğın baş verdi – DEFAKTO.AZ

Bakıda açıq ərazidə yanğın baş verdi

16


Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğın söndürülüb.