Qazaxıstanda parlament seçkiləri keçirilir: Prezident Kasım-Jomart Tokayev də səs verib | DEFAKTO.AZ Qazaxıstanda parlament seçkiləri keçirilir: Prezident Kasım-Jomart Tokayev də səs verib – DEFAKTO.AZ

Qazaxıstanda parlament seçkiləri keçirilir: Prezident Kasım-Jomart Tokayev də səs verib

23


Bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb.

Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə saat 20:00-da başa çatacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də ölkədə keçirilən parlament seçkilərində səs verib.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq.