Ekvadorda güclü zəlzələ baş verib, ölənlər var – YENİLƏNİB | DEFAKTO.AZ Ekvadorda güclü zəlzələ baş verib, ölənlər var – YENİLƏNİB – DEFAKTO.AZ

Ekvadorda güclü zəlzələ baş verib, ölənlər var – YENİLƏNİB

35


Ekvadorda səhər saatlarında baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ən azı üç nəfər ölüb.

Bu barədə yerli kütləvi informasiya vasitələri xilasedicilərin məlumatlarına istinadən xəbər verir.

Yaralıların sayı barədə hələlik məlumat verilməyib. Həmçinin qeyd olunur ki, yeraltı təkanlardan sonra ölkənin qərbində yerləşən bir sıra şəhərlərdə elektrik enerjisi verilməsi dayandırılıb.

22:26

Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı 85 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS