“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu – VİDEO | DEFAKTO.AZ “Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu – VİDEO – DEFAKTO.AZ

“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu – VİDEO

12


Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.

DEFAKTO.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Borussiya” “Köln”lə üz-üzə gəlib. Görüş dortmundluların qələbəsi ilə başa çatıb – 6:1.

Sebastyan Alle və Marko Roysun dubl etdiyi matçda “Borussiya”nın digər qollarını Donyel Malen və Rafael Qerreyru vurub. “Köln”ün təsəlli qoluna Deyvi Selke imza atıb.

Qələbə sayəsində xallarını 53-ə çatdıran “Borussiya” “Bavariya”nı geridə qoyaraq, liderliyi ələ keçirib. Bir oyun az keçirən Münhen klubunun 52 xalı var.