Uşağın əlinin vaqon qapısı arasında qalması ilə bağlı metropolitendən AÇIQLAMA | DEFAKTO.AZ Uşağın əlinin vaqon qapısı arasında qalması ilə bağlı metropolitendən AÇIQLAMA – DEFAKTO.AZ

Uşağın əlinin vaqon qapısı arasında qalması ilə bağlı metropolitendən AÇIQLAMA

12


Sosial şəbəkələrdə Bakı metropoliteninin “Nərimanov” stansiyası ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, stansiyada qatarın qapısı bağlanarkən, bir uşağın əlinin vaqon qapısı arasında qaldığından valideyn anidən həyəcanlanaraq, təşviş içində köməyə çağırıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dərhal metropoliten əməkdaşları və polis işçiləri sərnişinə kömək göstərib. Hadisə nəticəsində azyaşlı sərnişinin xəsarət və ya zədə almadığı müəyyən olunub.

Valideyn hər hansısa digər köməkdən və təcili tibbi yardım xidmətinin dəvət olunmasından imtina edərək, yoluna davam edib. Valideynin təşviş içində olması digər sərnişinlərə də sirayət edib. Dərhal ciddi problemin və təşvişə əsasların olmaması sərnişinlərin diqqətinə çatdırılıb.

Bildiririk ki, hadisə nəticəsində sərnişinlərin hərəkət təhlükəsizliyi, o cümlədən qatarların hərəkət qrafiki ilə bağlı ciddi problem yaranmayıb.

Bir daha xatırladırıq ki, metropolitendən istifadə edərkən, ələlxüsus qatara minib-düşərkən azyaşlı sərnişinlərin diqqətdə saxlanması, onlara nəzarət olunması unudulmamalıdır.