Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması məqsədilə qlobal pandemiya olan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən bütün struktur qurumlarda, o cümlədən penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər görülür.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə əməkdaşların, penitensiar müəssisələrdə saxlanılan məhkumların müayinəsinə xüsusi diqqətlə yanaşılır, onların gündəlik termometriyası keçirilir. Həmçinin istintaq təcridxanalarına yeni daxil olan həbs edilmiş, habelə azad olunası şəxslər xüsusi karantinə yerləşdilir.
Nazirliyin ayrı-ayrı əməkdaşlarında və penitensiar müəssisələrdə saxlanılan məhkumlarda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı dərhal zəruri tədbirlər görülür, onların kontaktda olduğu şəxslər müəyyən olunaraq müayinədən keçirilirlər.
Məlumat verildiyi kimi, virusa yoluxan məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar.
Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülmüşdür. Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxmışdır. Həmin şəxslər də dərhal izolyasiya olunmuş və xüsusi müalicə müəssisinə yerləşdirilmişdir. Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunmuşdur. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.
Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilmişdir. Ümumiyyətlə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirmiş və 1 000 nəfərədək məhkum məhkəmələr tərəfindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmış, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilmişlər.
Virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkum isə dövlət başçısının humanist siyasətinin növbəti təzahürü olan əfv Sərəncamı ilə azadlığa buraxılmışdır.
Hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur. Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Həmçinin qeyd olunmalıdır ki, Ədliyyə nazirinin Əmri ilə təsdiq olunmuş COVİD-19 infeksiyasının qarşısının alınması üzrə sanitariya – epidemioloji Qaydalarına dönmədən əməl olunmasına ciddi nəzarət olunur, həmin Qaydalarının tələblərini pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.
Home Ölkə Ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb
Ölkə
Ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb
By DEFAKTOİyl 11, 2020, 09:21 səhər
267
Previous PostQüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlandı
Next PostRusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır