Moskvada “pul yağışı” yağdı – VİDEO | DEFAKTO.AZ Moskvada “pul yağışı” yağdı – VİDEO – DEFAKTO.AZ

Moskvada “pul yağışı” yağdı – VİDEO

18


Moskvada əsl “pul yağışı” yağıb.

Hadisə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatı zamanı baş verib. Rusakovskaya küçəsində yerləşən “Dom v Sokolnikax” yaşayış kompleksinin binalarından birinin pəncərəsindən avro və dollar əsginasları səpələnib.

Kimsə 500 avro və 100 dollarlıq nominallarda böyük məbləği pəncərədən atmaq qərarına gəlib.

Pulun səpələnməsinə isə FTX-nin keçirdiyi axtarışlar səbəb olub. Belə ki, həmin səhər FTX əməkdaşları qeyd edilən binada yaşayan sakinlərdən birinin evində axtarış aparmaq üçün gəliblər.

Lakin şübhəli şəxsin sistemi aldatmaq cəhdi baş tutmayıb. Çünki təhlükəsizlik qüvvələri aşağıya atılan bütün pulları səliqə ilə toplayıblar.

Mənbə: “Baza” “Telegram”