Rusiya hökuməti iyulun 15-dən etibarən beynəlxalq uçuşları tədricən bərpa etmək haqqında qərar verib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bu gün keçirdiyi brifinqdə açıqlama verib.
O qeyd edib ki, artıq olduqca uzun müddətdir Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının azalması müşahidə olunur:
“Aviauçuşlar hər 100 min nəfərinə görə 14 gündə, yəni inkubasiya dövründə COVID-19-a 40-dan çox yoluxma olmayan ölkələrlə bərpa olunacaq. Bu ölkələrdə orta sutkalıq yoluxma halı 1 faizi keçməməlidir”, – deyə Rusiya Baş Nazirinin müavini vurğulayıb.
O, həmçinin bildirib ki, aviaşirkətlər bununla bağlı araşdırma aparmalı və hansı ölkələrin bu meyarlara uyğun gəldiklərini müəyyənləşdirməlidirlər: “Aviauçuşlar qarşılıqlı əsaslarla tənzimlənəcək”.
Qolikova koronavirus testindən keçməmiş vətəndaşların ölkəyə gəlməsi halında onların neqativ nəticəsi çıxana qədər nəzarətdə saxlanılacaqlarını da əlavə edib.
Dünya
Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır
By DEFAKTOİyl 11, 2020, 09:20 səhər
302
Previous PostƏdliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb
Next PostBəzi rayonlar sərt karantin rejimindən çıxarıla bilər - RƏSMİ AÇIQLAMA