ETSN: “Bakının havasında dəm qazı normadan yüksəkdir” | DEFAKTO.AZ ETSN: “Bakının havasında dəm qazı normadan yüksəkdir” – DEFAKTO.AZ

ETSN: “Bakının havasında dəm qazı normadan yüksəkdir”

14


Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.5, azot-4 oksid isə Sumqayıt şəhərində 1.1, Gəncə şəhərində 1.3 dəfə normadan çox müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.