Hərbi kursantlarımız dənizdə təlim keçiriblər – FOTO/VİDEO | DEFAKTO.AZ Hərbi kursantlarımız dənizdə təlim keçiriblər – FOTO/VİDEO – DEFAKTO.AZ

Hərbi kursantlarımız dənizdə təlim keçiriblər – FOTO/VİDEO

19


Heydər Əliyev adına Hərbi İnstitutun 2022-2023-cü tədris ili üçün hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə “praktiki dəniz təlimi” keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə kursantlara şəxsi heyətin gəmidə davranış, təhlükəsizlik qaydaları və gündəlik fəaliyyəti izah edilib.

Kursantlar gəmilərin döyüşə və səfərə hazır vəziyyətinə gətirilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas məqsəd kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və  praktiki vərdişlərinin təkmilləşdirilməsidir.