Azərbaycan və Ermənistana Tiflisdə iki tərəfli sülh müqaviləsi təklifi – ABŞ-dan həmlə gözlənilir | DEFAKTO.AZ Azərbaycan və Ermənistana Tiflisdə iki tərəfli sülh müqaviləsi təklifi – ABŞ-dan həmlə gözlənilir – DEFAKTO.AZ

Azərbaycan və Ermənistana Tiflisdə iki tərəfli sülh müqaviləsi təklifi – ABŞ-dan həmlə gözlənilir

125

“Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyasından sonra iki ölkə arasında sülh müqaviləsinin tezliklə bağlanması gözlənilmir. Bunun üçün Ermənistan hakimiyyəti Dağlıq Qarabağla bağlı status məsələsindən geri çəkilməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

Defakto.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, ABŞ Azərbaycan və Ermənistan rəhbərliyinə Tiflisdə iki tərəfli sülh müqaviləsinin bağlanmasını təklif edə bilər:

“Nikol Paşinyanın buna tezliklə gedəcəyi çətin bir prosesdir. Çünki ona qarşı Koçaryanın arxa fonda rəhbərliyi altında müxalifət mübarizə aparır. Ölkədə çevriliş olarsa, müxalifət hakimiyyətə gələrsə, Azərbaycanla əməkdaşlığa Paşinyanın kursunu aparmağa məhkumdurlar. Digər variant üçün onların heç bir potensialı yoxdur.

ABŞ C.Bayden prezidentliyi dönəmində Cənubi Qafqaza diqqət ayrılacaq. Bu da Paşinyanın hakmiyyətini gücləndirə bilər. ABŞ Azərbaycan və Ermənistan rəhbərliyinə Tiflisdə iki tərəfli sülh müqaviləsinin bağlanmasını təklif edə bilər. Azərbaycan Ermənistanla yalnız öz şərtləri qəbul edildikdən sonra bu müqaviləyə getməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir