Azərbaycan millisinin 2021-ci ildə iştirak edəcəyi beynəlxalq yarışlar – SİYAHI | DEFAKTO.AZ Azərbaycan millisinin 2021-ci ildə iştirak edəcəyi beynəlxalq yarışlar – SİYAHI – DEFAKTO.AZ

Azərbaycan millisinin 2021-ci ildə iştirak edəcəyi beynəlxalq yarışlar – SİYAHI

8

Kikboksinq millimizi 2021-ci ildə bir sıra beynəlxalq yarışlar gözləyir.

Pandemiya başladıqdan sonra heç bir turnirə qatıla bilməyən millimizin 2021-ci il üçün yarışların təqvim planı Azərbaycan Kikboksinq Federasiyasının yeni prezidenti Orxan Əliyev tərəfindən təsdiqlənib.

Federasiya həmin yarışların siyahısını təqdim edib:

VI International Turkish Open turniri (Avropa Kuboku) – 8-11 aprel (Antalya, Türkiyə)

III Dünya Döyüş Oyunları – 3-9 may (Nur-Sultan, Qazaxıstan)

Hungarian Open turniri (Dünya Kuboku) – 13-16 may (Budapeşt, Macarıstan)

“Amerikick Internationals” turniri – 20-22 may (Atlantik, ABŞ)

XXV “BestFighter” turniri (Dünya Kuboku) – 10-13 iyun (Rimini, İtaliya)

“Austrian Classics” turniri (Dünya Kuboku) – 1-4 iyul (İnsbruk, Avstriya)

Rusiya – Azərbaycan qarşılaşması – İyul (Moskva, Rusiya)

V Avropa Universitet Oyunları – 23-27 iyul (Belqrad, Serbiya)

V İslam Həmrəyliyi Oyunları – 10-19 sentyabr (Konya, Türkiyə)

Russian Open (Dünya Kuboku) – 21-26 sentyabr (Moskva, Rusiya)

Böyüklər və veteranlar arasında dünya çempionatı – 5-14 noyabr (Moskva, Rusiya).

Qeyd edək ki, bundan başqa, yeniyetmə və gənclərdən ibarət kikboksinq millimizi Macarıstanın Dyör şəhərində Avropa çempionatı gözləyir. Bu yarış 13-22 avqust tarixlərində keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir