Son günlərdə yoluxanlarla sağalanların sayında bəlli sabitləşməyə nail ola bilmişik. Buna vətəndaşların qaydalara riayət etməsi nəticəsində nail olmuşuq.
Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, insanlar daha ciddi şəkildə qaydalara riayət edirlər: “Bunu marketlərdə və ictimai nəqliyyatda hiss edirik. Xəstəliyin ağırlaşmalarına inam çoxalıb. Artıq gündəlik yoluxanlarla sağalanların sayı bir-birinə çox yaxındır. Bu da bizim üçün çox əhəmiyyətli nüansdır”.
Qeyd edək ki, bu gün Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər dünyasını dəyişib, 502 nəfər sağalıb.