Çavuşoğlu İspaniyaya səfər edəcək | DEFAKTO.AZ Çavuşoğlu İspaniyaya səfər edəcək – DEFAKTO.AZ

Çavuşoğlu İspaniyaya səfər edəcək

79

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 8-də İspaniyaya səfər edəcək.

Defakto.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, M.Çavuşoğlu səfər çərçivəsində Türkiyə-Avropa İttifaqı əlaqələrilə yanaşı, gündəmdə olan məsələlər, eləcə də regional və beynəlxalq mövzularla bağlı müzakirələr aparacaq.

Bundan başqa, Türkiyə-İspaniya Hökumətlərarası 7-ci toplantının hazırlıqları ilə əlaqədar M.Çavuşoğlunun həmkarı ilə fikir mübadiləsi aparacağı da gözlənilir.

Qeyd edək ki, səfər İspaniyanın xarici işlər nazirinin dəvətilə baş tutacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir