Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı | DEFAKTO.AZ Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı – DEFAKTO.AZ

Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı

155

Sünik bölgəsində (tarixi adı Zəngəzur -red) yerləşən Şurnux kəndi Azərbaycanın nəzarətinə keçir.

Defakto.az “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə kəndin icma başçısı Akob Arşakyan “Facebook” hesabında bildirib.

“Hər şey bitdi. Azərbaycanlılar, ruslar və bizim sərhədçilərimiz gəldi, 5 yanvar tarixinə qədər vaxt verdilər. Kəndin ortasında postlar quracaqlar”, – o, əlavə edib.

Arşakyan bu məsələdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1942-ci il tarixli xəritəsinə istinad edildiyini vurğulayıb.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda, Azərbaycanın Zəngilan bölgəsi ərazisindədir. Yəni, Azərbaycan suveren ərazisi üzərində nəzarəti bərpa edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir