“Türkiyə koronavirusa qarşı peyvəndi hazırlamağa qərarlıdır”.
Defakto.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Çindən sifariş olunan peyvəndin ilk partiyasının yeni ildən əvvəl təslim edilməsini gözlədiklərini deyən Ərdoğan qeyd edib ki, ən qısa zamanda Türkiyə öz istehsalı olan bir neçə peyvəndin tətbiq olunmasını planlaşdırır.
Qeyd edək ki, Türkiyədə xarici ölkələrdən gətiriləcək vaksinlər ilk növbədə yaşlı insanlar və tibb işçilərinə vurulacaq.