Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı… | DEFAKTO.AZ Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı… – DEFAKTO.AZ

Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı…

542

“Seymur kimi gənclərimiz hər birimizin qürur mənbəyimizdir, övladlarımızın psixologiyasının travma almasına qətiyyən imkan verməli deyilik”

Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı açıqlamasında bir neçə gün öncə YAP İcra Katibinin müavini, deputat Siyavuş Novruzovun mətbuata açıqlaması zamanı bu il orta məktəbi bitirəcək övladı Seymur haqqında haqqında xoş sözlər söyləyərkən bir qədər ifrata vararaq hədsiz ədalətli olmasına görə onu Həzrət Əli ilə müqayisə etməsindən sonra sosial şəbəkələrdə yayılan söz-söhbətə münasibət bildirib.
“Bir neçə gün öncə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov oğlu Seymur haqqında fikirlərini jurnalistlərlə bölüşüb. Təbii ki, hər bir ata öz övladına dərin tellərlə bağlıdır, böyük sevgisi var və hər bir atada bu sevgi hissləri müqəddəsdir. Bu baxımdan S.Novruzov öz övladı haqqında xoş fikirlər söyləyib və eyni zamanda, onun müsbət cəhəti üzərində dayanıb, oğlunun hədsiz dərəcədə ədalətli və mərhəmətli olmasından fəxr duyduğunu da açıqlamasında ifadə edib. Nəzərə alsaq ki, Seymur orta məktəbi bu il bitirib, onun taleyinin həlledici bir dönəmidir, bu yaşda insanlar tamam fərqli bir dünyada yaşayırlar və sair. Atasının oğlu haqqında dediyi o sözlərdə ola bilsin ki, bir qədər ifrata varıb və ehtiyatsız ifadə işlədib və bu məqamı bu qədər qabardaraq onun övladının üzərinə getmək düşünürəm ki, doğru deyil. İstənilən halda, söhbət əgər yeniyetmədən gedirsə, onun psixologiyasının həssas dövrüdür, on yeddi yaşı var sosial şəbəkələrdə bu və ya digər fikirlərin səsləndirilməsi onun da dünyagörüşünə, əsəblərinə təsir edə bilər. Ona görə də mən bu cür şərhlərin qətiyyən yerində olmadığını düşünürəm və buna ehiyac da yoxdur. Seymur bizim övladımızdır, onun kimi gənclərimiz hər birimizin qürur mənbəyimizdir, biz övladlarımızın psixologiyasının travma almasına qətiyyən imkan verməli deyilik və düşünürəm ki, kiçicik bir bənzətməni böyüdüb belə bir səviyyəyə qaldırmağa ehtiyac yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir