Partiyaların maliyyə problemlərinin həllinə dəstək veriləcək | DEFAKTO.AZ Partiyaların maliyyə problemlərinin həllinə dəstək veriləcək – DEFAKTO.AZ

Partiyaların maliyyə problemlərinin həllinə dəstək veriləcək

233

Milli Məclis komitələrinin birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, İctimai  birliklər  və dini qurumlar, Hüquq  siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda  keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olundu və siyasi partiyalar haqqında fikir və mülahizələr irəli sürüldü.

Qeyd edib ki, hazırda humanist bir qanun layihəsi bizim müzakirəmizə verilib. Layihəyə görə, 17-1-ci maddəyə  edilən dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək. Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur. 

Qeyd olunub ki, bu qanun dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılmış vəsaitin bölüşdürülməsində tam ədalətli yanaşmanı ortaya qoyur.

Hər iki komitə üzvlərinin və siyasi partiya rəhbərlərinin iştirakı ilə aparılan müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir