İspaniya La Liqasında və Sequndasında bu tur keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.
DEFAKTO.az xəbər verir ki, matçlarda Türkiyə və Suriyadakı zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.
Bundan başqa, meydana ilk “11-lik”də çıxan futbolçuların start fitindən əvvəl faciə qurbanlarına kömək üçün başladılan kampaniyaları təşviq edən pankartlarla şəkil çəkdirəcəklər.
Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 20 213 nəfər ölüb, 80 052 nəfər isə yaralanıb.