Suriyada zəlzələdən sonra məhkumlar qiyam qaldırıblar: İŞİD silahlıları həbsxanadan qaçıblar | DEFAKTO.AZ Suriyada zəlzələdən sonra məhkumlar qiyam qaldırıblar: İŞİD silahlıları həbsxanadan qaçıblar – DEFAKTO.AZ

Suriyada zəlzələdən sonra məhkumlar qiyam qaldırıblar: İŞİD silahlıları həbsxanadan qaçıblar

13

Suriyada baş verən zəlzələdən sonra Türkiyə ilə həmsərhəd ərazidə yerləşən Racu şəhəri yaxınlığındakı həbsxanadan azı 20 məhbus qaçıb.

Ümumilikdə 2 minə yaxın məhbusun saxlanıldığı həbsxanadakı məhkumların təxminən 1,3 mininin İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilir.

Zəlzələ nəticəsində həbsxana binasına ziyan dəyib. Bundan istifadə edən məhkumlar qiyam qaldırıb və müəssisənin bir hissəsini ələ keçiriblər.

Mənbə: TASS