Qazaxıstanda da zəlzələ oldu | DEFAKTO.AZ Qazaxıstanda da zəlzələ oldu – DEFAKTO.AZ

Qazaxıstanda da zəlzələ oldu

22

Daha bir zəlzələ xəbəri Qazaxıstandan gəldi. Ölkə ərazisində 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental ekspedisiyası bildirib.

Məlumata görə, yeraltı təkanlar xüsusilə Çimkəntdə (Qazaxıstanın cənubunda respublika əhəmiyyətli şəhər) hiss olunub.

Xatırladaq ki, bu gün səhər Türkiyə və Suriyada güclü zəlzələ baş verib. Türkiyədəki zəlzələ Naxçıvan və Lənkəranda da hiss edilib.

Bundan başqa, Gürcüstandan, İsraildən, hətta ABŞ-nin Nyu-York şəhərindən zəlzələ xəbərləri gəlib.