“Türkiyədə güclü zəlzələ baş verib. Bu, 7,4 bal gücündə idi, amma bizdə 7,8 olaraq qeyd edilib”.
DEFAKTO.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.
“Əsas episentr Kahramanmaraşdadır. Bu zəlzələ 9 dəqiqədən də çox davam edib. Kifayət qədər uzun müddətdir. 8, 10, 15 kilometr dərinlikdə parçalanmalar olduğuna görə, insan tələfatı və dağıntılar çox olub”.
Aysel Aslan