Türkiyənin 10 şəhərində baş verən dəhşətli zəlzələdən sonra binaların dağıntıları altında qalan vətəndaşların xilası üçün işlər davam edir.
DEFAKTO.az-ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı xeyli görüntülər yayılıb.
Kadrların biri Kahramanmaraşın Bağlar rayonunda qeydə alınıb. Orada kömək gözləyən gənc sağ qalanlarla danışaraq: “Bacımın vəziyyəti yaxşıdır. Qardaşımın arxada səsi gəlir”, – deyir.
Digər görüntülər Adıyamandandır. Orada da dağıntılar altında qalan uşaqlı bir ailənin kömək gözlədiyi görünür. Videonun sonunda isə iki körpənin dağıntıların altında qalması əks olunub.