Azərbaycan Prezidenti İlham Əliyev ötən gecə baş verən dəhşətli zəlzələ ilə bağlı Türkiyə xalqına başsağlığı verib.
Bununla bağlı Prezident “Twitter” səhifəsində paylaşım edib.
— İlham Əliyev (@azpresident) February 6, 2023
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.
Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb. Bir qədər sonra isə ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarənin də hazırlanmasına başlanılıb və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.