Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələdən sonra Hatay vilayət mərkəzi və Kırakhan rayonunda, Kahramanmaraş vilayət mərkəzi ilə Pazarcık və Narlı rayonlarında ehtiyat məqsədilə təbii qaz verilişi dayandırılıb.
DEFAKTO.az-ın məlumatına görə, bu barədə BOTAŞ (Boru Kəmərləri ilə Neft Nəqliyyatı Baş İdarəsi) xəbərdarlıq edib.
Məlumata görə, zəlzələdən sonra lazımi təhlükəsizlik tədbirləri görülüb və zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.
O da vurğulanıb ki, xam neft boru kəmərlərinin yoxlanışı nəticəsində hər hansı zərər müəyyən edilməyib.