Bu ilin 25 mayında ABŞ-ın Minneapoils şəhərində ağdərili polis Derek Şovin tərəfindən öldürülən qaradərili Corc Floydun ərzaq mağazasında istifadə etdiyi saxta 20 dollarlıq əskinazların əks olunduğu fotolar yayılıb.
Materialları “Daily Mail” nəşri nümayiş etdirib.
Qəzetin paylaşdığı kadrlarda Corc Floyda məxsus avtomobilin salonuna səpələnən yaş 20 dollarlıq əskinazlar və eynəklə su şüşəsi görünür. Nəşr bu maşında silah və narkotik maddələrin olmadığını da xəbər verib.
Məsələ ilə bağlı danışan ekspert, keçmiş polis zabiti Tomas Leynin söylədikləri isə maraq doğurub. Ekspert Floydun küçədə polis tərəfindən öldürülməsi faktının üstündən sükutla keçərək qaradərili vətəndaşın həbs edilməsi zərurətindən danışıb:
“Bu qaradərili oğlan maşınına oturanda onun sağ əli saxta pulların üstündə olub. Polis Derek Şovin onun bir əllə nə gizlətdiyini dəqiq bilmədiyindən Floydda silah ola biləcəyini zənn edib”. Tomas Leyn növbəti dəfə Corc Floydun boğulub öldürülməsi haqda açıqlama verməkdən yayınaraq peşəkar yanaşma sərgilədiyini iddia edib.
Dünya
Ağdərili polisin öldürdüyü qaradərili Floydun saxta pulları nümayiş olundu…
By DEFAKTOİyl 09, 2020, 09:50 səhər
309
Previous PostKoronavirus milyonlarla insanı bu zəruri tələbatdan imtinaya məcbur etdi
Next PostKoronavirusdan dünyasını dəyişən idarə rəisi Ramiz Mehdiyevin yaxın qohumu imiş...