Fransa xüsusi təyinatlıları İranın Yəmənə husilər üçün göndərdiyi silah və sursatların olduğu gəmini ələ keçiriblər.
Fransa hərbi gəmisi Yəmən sahillərində qaçaqmalçılıq yolu ilə silah daşımaqda şübhəli bilinən gəmini saxlayıb. Gəmidən 3 000-dən çox tüfəng, yarım milyon patron və 20 tank əleyhinə idarə olunan raket tapıblar.
Əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılıb.
ABŞ ordusunun məlumatına görə, son iki ayda Yəmənə gedən yolda 5 000-dən çox silah və 1,6 milyon sursat ələ keçirilib.
Keçən ilin dekabrında ABŞ Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində 50 tondan çox döyüş sursatı və raket yanacağı daşıyan balıqçı gəmisini ələ keçirdiyi barədə məlumat yayılmışdı.
Mənbə: The Wall Street Journal