Nazirlik rəsmisindən valideynlərə çağırış: “Uşaqları kökəltməyə çalışmayın” | DEFAKTO.AZ Nazirlik rəsmisindən valideynlərə çağırış: “Uşaqları kökəltməyə çalışmayın” – DEFAKTO.AZ

Nazirlik rəsmisindən valideynlərə çağırış: “Uşaqları kökəltməyə çalışmayın”

15

“Kök uşaq sağlam uşaq demək deyil”.

DEFAKTO.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib. 

O bildirib ki, bəzən valideynlər kiçik yaşda uşaqların qidalanmasına diqqət etmədiklərindən yersiz kökəlmələr olur:

“Diabet olmayan ailələr qidalanmaya, lazımsız şirniyyata üstünlük verməməlidirlər. Çəki və boy normaldırsa, uşaqları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil”.

“Diabet olan ailələr isə xüsusilə qidalanmaya ciddi önəm verməlidirlər”, – deyə həkim əlavə edib.

Könül Cəfərli