“Kök uşaq sağlam uşaq demək deyil”.
DEFAKTO.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, bəzən valideynlər kiçik yaşda uşaqların qidalanmasına diqqət etmədiklərindən yersiz kökəlmələr olur:
“Diabet olmayan ailələr qidalanmaya, lazımsız şirniyyata üstünlük verməməlidirlər. Çəki və boy normaldırsa, uşaqları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil”.
“Diabet olan ailələr isə xüsusilə qidalanmaya ciddi önəm verməlidirlər”, – deyə həkim əlavə edib.
Könül Cəfərli