Həkimdən həyəcan TƏBİLİ: “Şəkərli diabet 12 yaşda başlayıb özünü 20-22 yaşlarda büruzə verə bilər” | DEFAKTO.AZ Həkimdən həyəcan TƏBİLİ: “Şəkərli diabet 12 yaşda başlayıb özünü 20-22 yaşlarda büruzə verə bilər” – DEFAKTO.AZ

Həkimdən həyəcan TƏBİLİ: “Şəkərli diabet 12 yaşda başlayıb özünü 20-22 yaşlarda büruzə verə bilər”

39

“Uşaqlarda şəkərli diabet bütün yaş qruplarında rast gəlinir. Birinci tip şəkərli diabet 5-7 və 12 yaş arasında özünü göstərir”.

DEFAKTO.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.

Həkim bildirib ki, xəstəlik uşaq vaxtında başlayıb daha böyük yaşlarda da özünü büruzə verə bilər:

“Diabetin elə növləri var ki, 12 yaşda başlayıb, özünü 20-22 yaşlarda da büruzə verə bilər”.

“Birinci tip şəkərli diabetin yaranma səbəbi insulin əmələ gətirən hüceyrələrin fəaliyyətini dayandırmasıdır. Bədən öz hüceyrəsini tanımadığı üçün belə edir. İkinci tip diabet isə insulin müqaviməti ilə bağlıdır. Şəkərin miqdarı yüksəlir və xəstəlik özünü büruzə verir. Uşaqlarda daha çox birinci tip diabetə rast gəlinir”, – deyə endokrinoloq qeyd edib.

Könül Cəfərli