Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu ağır yük maşınları üçün bağlandı | DEFAKTO.AZ Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu ağır yük maşınları üçün bağlandı – DEFAKTO.AZ

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu ağır yük maşınları üçün bağlandı

48

Hərbi Gürcüstan yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb.

Buna səbəb intensiv qar yağması və yolun buz bağlaması olub. Digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

“Mtsxeta-Stepantsminda-Lars (Rusiya Federasiyası ilə sərhəd) beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və buzla əlaqədar qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, – deyə bildirilir.

Yanvarın 30-na keçən gecə də qar səbəbindən Qudauri-Kobi avtomobil yolu bağlanıb.

Rusiyanı Gürcüstan və digər Zaqafqaziya ölkələri ilə birləşdirən Hərbi Gürcüstan yolu Baş Qafqaz silsiləsi ilə Vladiqafqazdan Tbilisiyə aparır.

Mənbə: TASS