Prezident İlham Əliyevin Macarıstan səfəri ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir – Pərviz Mirizadə | DEFAKTO.AZ Prezident İlham Əliyevin Macarıstan səfəri ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir – Pərviz Mirizadə – DEFAKTO.AZ

Prezident İlham Əliyevin Macarıstan səfəri ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir – Pərviz Mirizadə

604

“Azərbaycan və Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlət başçısı cənab İlham Əliyevin Macarıstan səfəri ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Defakto.az saytına Ana Vətən Partiyasının (AVP) sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, rəsmi Bakı və Budapeşt əlaqələrini şərh edərkən daha çox iqtisadi maraqlar ön plana çıxır:

“Macarıstan hökuməti Azərbaycandan enerji tədarük etməkdə maraqlıdır və artıq bu istiqamətdə ciddi işlər görülür. Rusiya- Ukrayna müharibəsi bütün Avropada enerji təhlükəsizliyi məsələlərini ön plana çəkdiyi kimi, Macarıstan da Avropa ailəsinin bir üzvü kimi özünün enerji təhlükəsizliyini təmin etmək üçün yeni mənbələr və istehsalçılar axtarışındadır. İndiki halda Macarıstan üçün ən unikal və sərfəli variant Azərbaycan enerjisidir və rəsmi Budapeşt ölkəmizdən enerji nəqli üçün ciddi səylər göstərir”.

Pərviz Mirzadə deyib ki, həmçinin Azərbaycanda Macarıstana enerji nəqlində maraqlıdır:

“Bu səbəblə ötən il Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizdən keçməklə yaşıl enerji ötürülməsi üçün saziş imzalandı. Ölkələrimiz arasında olan əlaqələr iqtisadi istiqamətlə yanaşı siyasi sferada da uğurla inkişaf edir. Rəsmi Budapeşt özünü böyük türk dünyasının bir parçası kimi qəbul edir və türk dövlətləri ilə əlaqələrin qurulmasına xüsusi diqqət göstərir. Təsadüfi deyil ki, ölkələrimiz Türk Dövlətləri Təşkilatı çərçivəsində də çox uğurla əməkdaşlıq edir. Macarıstanın gələcək illərdə Türk Dövlətləri Təşkilatına daimi üzv qəbul olunması təşkilatın gələcək inkişafına mühüm töhfələr verəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir