Moldova XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pislədi – FOTO | DEFAKTO.AZ Moldova XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pislədi – FOTO – DEFAKTO.AZ

Moldova XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pislədi – FOTO

10

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı açıqlama yayıb.

Nazirliyin “Twitter” səhifəsində yayılan açıqlamada bildirilir: 

“Moldova bu gün İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə təhlükəsizlik xidmətinin rəisinin ölümü və iki mühafizəçinin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir”.